ABŞ-da atışma zamanı hamilə qadın ölüb, xəsarət alanlar var


ABŞ-ın Texas ştatının Hyuston şəhərində şənlik mərasimində atışma nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, atışma ad günü şənliyində münaqişə zəminində baş verib. Mərhum doğum günü keçirilən qadındır. O, 5 ay imiş hamiləymiş.

Hakimiyyət orqanları iki şübhəli şəxs də daxil olmaqla üç nəfərin xəstəxanaya aparıldığını bildiriblər. Digər zərərçəkmiş isə xəstəxanaya müraciət etməyib.

Müstəntiqlər digər şübhəlilərin aşkarlanması üzərində işləyirlər.