Netanyahu əməliyyat olunacaq

İsraildə uzun müddətdir davam edən etirazların hədəfi olan baş nazir Benyamin Netanyahu ürək stimulyatorundan əməliyyat olunacağını açıqlamışdı.

İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyat olunacaq. Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Netanyahu bir həftə əvvəl xəstəxanaya yerləşdirilib və dərhal həkimlər tərəfindən səhhəti  izlənib.

İsrailin baş naziri kardiostimulyatorun implantasiyası üçün gecə əməliyyat olunacağını açıqlayıb. O, sözlərini “Özümü əla hiss edirəm, amma həkimləri dinləməliyəm” deyərək yekunlaşdırıb.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahunun iyulun 28-də prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcəyi açıqlanıb.

Turan