"Qalatasaray" Bakambunu rəsmən açıqlayıb

Türkiyənin "Qalatasaray" klubu Konqolu hücumçu Sedrik Bakambunun transferi üçün futbolçu və onun klubu "Əl Nassr"la danışıqlara başlayıb.

Sherg.az "NTV.com.tr"-yə istinadən xəbər verir ki, "sarı-qırmızılı" klubu məlumatı təsdiqləyib.


Şəxsi təyyarə ilə Atatürk Hava Limanına gələn 32 yaşlı hücumçunu klub rəsmiləri qarşılayıb.

Hava limanında mətbuat mənsublarının suallarına cavab verməyən Sedrik Bakambu “Salam Cimbom” deməklə kifayətlənib.

Bakambu əvvəllər Türkiyənin "Bursaspor" klubunda çıxış edib.

Turan