Rusiyanın Odessaya hücumu nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb

 Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper Telegram kanalında verdiyi açıqlamada Rusiyanın Odessaya hücum etdiyini bildirib.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisəni "terror" adlandıran  Kiper hücumda şəhərdəki infrastruktura, evlərə və dini binalara ziyan dəydiyini vurğulayıb.
Kiper, "Hücum zamanı 4-ü uşaq olmaqla 18 nəfər yaralanıb. Təəssüf ki, bir mülki vətəndaş həyatını itirdi. Yaxınlarına başsağlığı verirəm" deyə üzüntüsünü dilə gətirib.

Bundan əlavə, hücum nəticəsində Odessadakı Spaso-Preobrajenski kilsəsinin ciddi zədələndiyi və Odessa meri Gennadi Truhanovun hadisə yerinə gəldiyi bildirilib.

Turan