Bu il Gürcüstana ən çox Türkiyədən ziyarətçi gəlib

Bu ilin yanvar-iyun aylarında Gürcüstana 2 860 117 beynəlxalq səyahətçi səfər edib.

24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

2023-cü ilin yanvar-iyun aylarında beynəlxalq ziyarətçilərin həyata keçirdikləri səfərlərə əsasən, ilk 15 ölkə aşağıdakı kimidir:

● Türkiyə - 582 527 ziyarətçi;
● Rusiya - 577 632 ziyarətçi;
● Ermənistan - 397 116 ziyarətçi;
● İsrail - 106 530 ziyarətçi;
● Azərbaycan - 85 777 ziyarətçi;
● Ukrayna - 67 040 ziyarətçi;
● Qazaxıstan - 57 771 ziyarətçi;
● İran - 50 932 ziyarətçi;
● Belarusiya - 44 570 ziyarətçi;
● Polşa - 36 103 ziyarətçi;
● Hindistan - 35 140 ziyarətçi;
● Almaniya - 25 020 ziyarətçi;
● Özbəkistan - 20 250 ziyarətçi;
● ABŞ - 18 359 ziyarətçi;
● Filippin - 15 484 ziyarətçi.

Bildirilir ki, cari ilin 1-ci yarısında beynəlxalq səyahətçilərin səfərləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 75,9% artıb.