Taksimdə asfaltda yumurta bişirib yedi - FOTOLAR

İstanbulda havanın temperaturu mövsüm normalarından yüksəkdir. İstidən təntiyən vətəndaşlar kölgəli yerlər axtarırlar.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, bütün ölkəyə təsir edən isti hava  İstanbulda vətəndaşları sarsıdıb. 


Havanın temperaturu rütubətlə birlikdə 38 dərəcəyə çatan meqapolisdə yandırıcı istilər təsirli olmağa davam edir.



Taksim və İstiqlal Prospektində hiss olunan yüksək hərarət səbəbiylə vətəndaşlar çətin anlar yaşayır. Bəzi vətəndaşlar Gəzi parkında yaşıllıqlara uzanıb nəfəs almağa çalışır.


Ramazan Dəniz adlı vətəndaş isti havaya diqqət çəkmək üçün Taksim meydanında asfalt üzərində yumurta sındırıb.

Bişmiş yumurtanı görən vətəndaşlar heyrətlərini gizlədə bilməyiblər.

Asfaltda yumurta görən tramvay sürücüsü Hüseyn Çoraklı, “45 dərəcəyə yaxın bir temperatur var. Bişirməmək mümkün deyil. Mən öz gözlərimlə görəndə çox təəccübləndim. Mütəxəssislərimiz artıq qlobal istiləşmədən danışıblar. Xatırladığım qədər, vətəndaşlara da xəbərdarlıq edirdilər ki, saat 12:00-16:00 arası küçəyə çıxmasınlar. Çox istilər var”. deyə bildirib.

Asfalt yolda  yumurta bişirən Dəniz dostları ilə birlikdə bişirdiyi yumurtaları yeyib.

Turan