İstilərə dözə bilməyən inəklər dənizdə nəfəs alır

Balıkəsirin Burhaniye rayonunda son günlər 40 dərəcəyə çatan istilər vətəndaşlarla yanaşı heyvanlara da mənfi təsir göstərib. Orcan çimərliyinin yaxınlığında inək otaran vətəndaş bildirib ki, istidən boğulan inəklər gündə iki dəfə dənizə girir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Orcan çimərliyində inək otaran Kadir Korkak (52) istidən təntiyən inəklərin gündə iki dəfə dənizə girdiyini və dənizdən çıxandan sonra daha yaxşı otladığını bildirib.


Bir uşaq atası Kadir Korkak qardaşının inəklərinə çobanlıq etdiyini bildirib:

 “Burada qardaşımın inəklərinə baxıb, otarıram. İnəklər istidən çox boğulur. Özləri dənizə girirlər, çıxırlar. Mən də sevinirəm ki, inəklər dənizdə üzürlər. Soyuduqda daha yaxşı yayılırlar. Gündə iki dəfə girib-çıxırlar. Heyvanlar da insanlar kimi depressiyaya düşürlər. Dənizdə çimirlər, istidən sərinləyirlər”.

Turan