KİV: ABŞ Suriyadakı bazalarında hərbçilərinin sayını artırıb

ABŞ komandanlığı İraqdan Suriyadakı bazalarına əlavə hərbi texnika və maddi-texniki vasitə köçürüb. Bu barədə Suriyanın “Al Watan” qəzeti məlumat yayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, zirehli texnika ilə birlikdə ABŞ hərbçilərinin böyük bir qrupu Suriyaya aparılıb.

İyulun 15-dən bəri onların sayı 500-dən 1500-ə yüksəlib. Hərbi-texniki heyətin bir hissəsi Suriya Demokratik Qüvvələrinin kürd döyüşçülərinin təliminə kömək edir, digərləri isə Əl-Həsəkə və qonşu Deyr əz-Zövr əyalətində aerodromları və neft-qaz yataqlarını mühafizə edir.