Yanğını 9 saata söndürdülər

Türkiyədə Kütahyanın Dovşanlı ilçəsi Balıköy qəsəbəsində Gevrekler kəndi yaxınlığında baş verən yanğın 9 saatdan sonra nəzarətə alınıb.
Bakupost.az xəbər verir ki, Kütahya Meşə Region Müdirliyi yanğına 24 su çiləyicisi, 9 su təchizatı maşını, 11 bələdiyyənin yanğınsöndürən maşını, 21 su tankeri, 25 pikap, çoxlu sayda inşaat texnikası və 5 yer briqadası daxil olmaqla 700 personal ilə müdaxilə edib.
Yanğına helikopterlə də havadan müdaxilə edildiyi bildirilib.