Cib telefonu almaq üçün 8 aylıq körpələrini satdılar


Hindistanın Qərbi Benqal əyalətində bir ailənin mobil telefon almaq üçün 8 aylıq körpəsini satdığı bildirilir.

Sherg.az  xarici mediaya istinadən  xəbər verir ki,  əyalətin North 24 Parganas rayonunda maddi çətinliyi olan bir ailənin Qərbi Benqalın bəzi bölgələrini ziyarət etməsi və yeni model mobil telefon alması qonşuların diqqətini çəkib.
Qonşular maraqlanıb və ailə 8 aylıq körpəni satdıqlarını etiraf edib.

Polis ana və körpəni aparan qadını saxlayıb.

Daha sonra körpənin atası da saxlanılıb, ailənin körpəni mobil telefon almaq və sosial şəbəkələrdə video çəkmək üçün satdığı bildirilir.

Digər tərəfdən, ailənin 7 yaşlı qızını da satmağa hazırlaşdığı  iddia edilib.

Turan