Putin və müharibə tərəfdarları Batumiyə istirahətə gələcəklər

Putin və müharibə tərəfdarı olan müğənnilərdən ibarət qrup Soçidən kruiz layneri ilə Batumiyə istirahətə gələcəklər. 

Sherg.az  xəbər verir ki, bu barədə “Exo Caucasus” nəşri məlumat yayıb.

Bildirilir ki, iyulun 31-də Batumiyə çatacaq “Astoria Grande”nin sərnişinləri arasında “Zа Россию” marafonunun iştirakçısı, Rusiyanın Ukraynadakı geniş miqyaslı işğalının tərəfdarı, 2018-ci il seçkilərində Putinin tərəfdarı və Ukraynanın sanksiyalar tətbiq etdiyi Hi-Fi qrupunun keçmiş solisti Mitya Fomin də olacaq.

Bildirilir ki, Mitya Fomin Rusiyanın təbliğatında mühüm rol oynayır və Rusiyanın Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirmək, Krımın ilhaqı siyasətini dəstəkləyib.

İddiaya əsasən, laynerdə Rusiya Müdafiə Nazirliyinin Nijni Novqoroddakı Hərbi Hospitalında Rusiya ordusunun şəxsi heyəti üçün çıxış edən rus musiqi qrupu olan “Testosteron”nun da Gürcüstana gələcəyi gözlənilir. Səyahət edənlər arasında Rusiyanın aqressiv hərəkətlərini dəstəkləyən və 2018-ci ildə qondarma “Donetsk Xalq Respublikası”nda da konsert verən Dimitri Koldunun da olacağı bildirilir.

Qrafikə əsasən, kruiz layneri iyulun 29-da Soçidən yola düşəcək və iyulun 31-də Batumiyə çatacaq. Bildirilir ki, sərnişinlər Gürcüstan sərhədini keçə bilməzlər və Batumi limanından çıxana qədər gəmidə qalmalıdırlar.

Qeyd edək ki, bir neçə gün əvvəl, rus turitləri daşıyan gəmi Batumi limanına gəlib. Axşam saatlarında isə layner vətəndaşların etirazları fonunda Gürcüstanın ərazi sularını tərk edib.