Sirkdən qaçan fil tapılıb

İtaliyanın Kalabriya bölgəsində sirkdən qaçan fil uzun müddətdir ki, axtarılırdı. Sonuncu dəfə magistral yolda supermarketə doğru gedərkən görülən fil sirk işçiləri tərəfindən nəhayət tapılıb.

İtaliya qeyri-adi mənzərəyə səhnə olub. Sherg.az xarici mediya istinadən xəbər verir ki, ölkənin  cənubundakı Kalabriya bölgəsində magistral yolda gedən fil görüntülənib.

Sirkdən qaçdığı iddia edilən fil magistral yolda yerləşən supermarketə doğru irəliləyib. Sosial mediada paylaşılan görüntülərdə yoldan keçən bir  sürücü fili görüb gülməyə başlayıb və "Fil supermarketə gəzintiyə çıxıb" deyib. 

Yerli mənbələr sirkdən qaçan filin sirk işçiləri tərəfindən tapıldığını bildirsə də, İtaliya polisindən hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

Başqa bir xəbərdə filin magistral yolun yaxınlığındakı çimərlikdə vaxt keçirdiyi öyrənilib.

Turan