Sozar Subari: "Payızda Gürcüstanda xaos, inqilab yaratmaq istəyirlər"


"Ölkə müxalifəti dövlətin maraqlarına xələl gətirmək üçün hər şeyi edir və Gürcüstanı sanksiyalar rejiminə çevirmək üçün çalışırlar".

24News.ge xəbər verir ki, bu sözləri “Xalqın Gücü” partiyasının liderlərindən olan Sozar Subar deyib.

O bildirib ki, müxalifət Gürcüstanın payızda namizəd statusu ala bilmədiyi təqdirdə ölkədə xaos yaratmaq istəyir:

“Biz eyni anda iki dünyada yaşayırıq - qavrayışlar və faktlar dünyası. Faktlar aləmi ABŞ Dövlət Departamentinin hesabatında yazılanlardan ibarətdir ki, Gürcüstan dünyanın ən yaxşı investisiya mühitindən birinə malikdir, Gürcüstan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara 100% əməl edir və sanksiyalardan yayınma halı ilə bağlı heç bir sənəd yoxdur.

Digər tərəfdən, müxalifət dövlətin maraqlarına xələl gətirmək üçün, Gürcüstanı sanksiyalar rejiminə çevirmək üçün hər şey edir. Bu, Gürcüstanın milli maraqlarına düşmənçilikdir və bunun məqsədi təkcə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək, bununla da iqtisadi ziyan vurmaq, insanları yoxsullaşdırmaq, sonra isə öz inqilabi ssenarilərini həyata keçirməyə imkan vermək deyil. Əsl məqsəd Gürcüstan üçün Avropa İttifaqı qapılarını bağlamaqdır. Müxalifətin məqsədi Aİ üzvlüyünə namizəd statusunu ala bilməməkdir və bu qapı bağlansa, payızda Gürcüstanda xaosa, inqilaba səbəb olacaqlar", - deyə Sozar Subari vurğulayıb.