Tibb bacısı və uşağı qaçırıldı: Vətəndaşlara xəbərdarlıq edilib

Haitidə amerikalı tibb bacısı, xristian xeyriyyə təşkilatının işçisi Alix Dorsainvil və qızı qaçırılıb. ABŞ Dövlət Departamenti ölkədə qalmağa məcbur olmayan amerikalıları Haitini tərk etməyə çağırıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, xristian xeyriyyə təşkilatı El Roi tərəfindən verilən açıqlamada, ABŞ tibb bacısı Alix Dorsainvil və uşağının qaçırıldığı qeyd edilib.

Açıqlamada "Aliksin Haiti xalqını dostları və ailəsi kimi görən son dərəcə qayğıkeş və sevən bir insandır" deyilib. Bildirilib ki, ana və uşağın sağ-salamat tapılması üçün hər cür səy göstərilib.


Tibb bacısının El Roi Haiti şirkətinin qurucusu və meneceri Sandro Dorsainvilin həyat yoldaşı olduğu öyrənilib.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada Vaşinqtonun tibb bacısını və uşağını xilas etmək üçün Haiti səlahiyyətliləri ilə əlaqə saxladığı qeyd edilib.

Turan