Fransada məhbusların sayı yenidən rekord həddə çatıb

Fransada məhbusların sayı tarixi rekordu yeniləyib və 74,5 min nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” Fransa Ədliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, əvvəlki rekord 73 700 nəfər idi. Bildirilib ki, 1 il ərzində məbusların sayı 2,5 min nəfər artıb.

Qeyd edilib ki, ölkənin penitensiar müəssisələrinin doluluq səviyyəsi 122 faizi ötüb və bu da Avropada ən yüksək göstəricilərdən biridir.