Güclü yağışlar 11 nəfərin həyatına son qoyub, 27 nəfər isə itkin düşüb

Çinin paytaxtı Pekində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirib, itkin düşən 27 nəfərin axtarışları davam edir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, güclü yağışlar Çinin paytaxtı Pekinin bir çox bölgəsində həyata mənfi təsir göstərir.

Pekin Şəhər Administrasiyasından verilən açıqlamada, paytaxtın müxtəlif yerlərində 11 nəfərin həyatını itirdiyi, 27 nəfərin isə itkin düşdüyü bildirilib.

İtkin düşən 27 nəfərdən 4-nün Fanqşan kəndində axtarış-xilasetmə işləri aparan “Mavi Səma” xilasetmə qrupunun üzvü olduğu, digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsinin davam etdiyi qeyd edilir.

İndiyədək paytaxtın 13 rayonunda 44 min 673 nəfər əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb, 127 min nəfər isə Pekində təhlükəsiz yerlərə təxliyə edilib.

Turan