Gerasimov Ukraynanın Zaporojye regionuna səfər edib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynanın Zaporojye regionuna səfər edib.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) “Telegram” paylaşımında bildirilib. Qeyd olunub ki, Gerasimov Rusiyanın Zaporojye istiqamətindəki qoşun qruplaşmasının komanda məntəqəsinə baxış keçirib.

Baş Qərargah rəisinin Zaporojyeyə nə vaxt səfər etməsinin tarixi qeyd olunmayıb.