Çilidə helikopter qəzaya uğrayıb

Çilinin cənubunda hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çilinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Çili KİV-in məlumatına əsasən, helikopter meşədə qəzaya uğrayıb.