İran Rusiya və Belarusda PUA istehsalı üçün zavodlar tikməyə hazırlaşır

İran Rusiya və Belarusda PUA istehsalı üçün zavodlar tikməyə hazırlaşır.

"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Qeyd edilir ki, iyulun 31-də Belarusun müdafiə naziri, general-leytenant Viktor Xrenin İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb, kamikadze pilotsuz təyyarələr zavodunun yaradılmasını müzakirə edib.

İranlı mühəndislər əvvəllər Belarusun Qomel şəhərindəki zavodun pilotsuz təyyarələr istehsalı müəssisəsinə çevrilməsi imkanlarını araşdırıblar.

Bundan əvvəl iyunda ABŞ İranın Rusiyaya Yelabuqada (Rusiyanın) pilotsuz uçan aparatları zavodunun tikintisinə kömək etdiyini bildirmişdi.