Polşa Ukrayna ilə münasibətlərin pozulduğunu açıqlayıb

"Son vaxtlar Polşa ilə Ukrayna arasında münasibətlər pozulub".

“Report” xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

İki ölkə arasında münasibətlərin son vaxtlar yaxşı olmadığını söyləyən XİN başçısı deyib ki, buna səbəb Ukrayna Prezidenti Volodimir Zelenskinin və digər rəsmi şəxslərin bəyanatlarıdır.

Z.Rau rəsmi Kiyevi müttəfiqlərini ittiham etməməyə çağırıb.

Xatırladaq ki, Polşanın Ukraynadakı səfiri Bartoş Çiçokki dünən Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Buna Polşa Prezidenti Anjey Dudanın beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın Ukraynanı nankorluqda ittiham etməsi səbəb olub.

Görüş zamanı ukraynalıların Polşaya kömək etdiklərinə görə guya nankorluq etmələri barədə deyilənlərin həqiqətə uyğun olmadığı və qəbuledilməzliyi vurğulanıb.