Rusiya Baltik dənizində hərbi təlim keçirir 

Rusiyanın Hərbi Dəniz Qüvvələri Baltik dənizində “Okean qalxanı-2023” adlı təlimə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilb.

Qeyd edilib ki, təlimə Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Nikolay Yevmenov rəhbərlik edir.

Təlim zamanı Hərbi Dəniz Qüvvələrinin hazırlığı yoxlanılır.

Məlumata görə, təlimdə 30-dan çox hərbi gəmi və kater, 20 yardımçı gəmi, hərbi-dəniz aviasiyası və Rusiya Aerokosmik Qüvvələrinin 30 təyyarəsi və 6000-ə yaxın hərbi qulluqçu iştirak edir.