Van gölü çəkildi, bütün zibillər ortaya çıxdı

Dünyanın ən böyük qazlı gölü olan Van gölündəki geri çəkilmə davam edir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, yağıntıların azalması və temperaturun mövsümi normalardan yüksək olması su ehtiyatlarına zərbə vurub.

 
Gölün Tatvan sahili boyunca təxminən 4 kilometr geri çəkilməsi müşahidə  olunub. Bununla gölə atılan və çirklənməyə səbəb olan avtomobil təkərləri, plastik materiallar və şüşə butulkalar da üzə çıxıb.

Rayona turist kimi gələn vətəndaşlar vəziyyəti heyrətlə müşahidə ediblər, havadan çəkilən görüntülər də vəziyyəti üzə çıxarır.

Turan