Britaniya Rusiyaya yeni səfir təyin edib

Böyük Britaniya Rusiyaya yeni səfir təyin edib.

APA xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu vəzifəyə diplomat Naycel Keysi təyin edilib.

O, noyabrdan vəzifəsinin icrasına başlayacaq.