Makron Fransanın müdafiə büdcəsini rekord səviyyəyə çatdırıb

Fransa Prezidenti Emmanuel Makron növbəti 7 ildə ölkənin müdafiə büdcəsinin rekord dərəcədə artırılmasını nəzərdə tutan “hərbi proqramlaşdırma” qanununu imzalayıb.

APA xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin “Twitter“ hesabında məlumat verilib.

Hazırda Fransa Silahlı Qüvvələrinə ayrılan büdcə 295 milyard avrodur.

2030-cu ilədək infrastruktur və digər təminatlara çəkilən xərclər də daxil olmaqla, ümumi büdcə 454 milyard dollardan çox olacaq.