Bu gün Trampa qarşı növbəti rəsmi ittiham irəli sürüləcək

Bu gün ABŞ-ın sabiq Prezidenti Donald Trampa qarşı məğlub olduğu 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etməyə cəhddə dair rəsmi ittiham irəli sürüləcək.

APA BBC-yə istinadən xəbər verir ki, bu gün Vaşinqtonda ittihamların rəsmi şəkildə oxunacağı federal məhkəmənin ətrafına metal baryerlər düzülüb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

İşlə əlaqədar hakimlərin təhlükəsizliyinin də artırıldığı bildirilib.

Qeyd edək ki, daha əvvəl Trampa qarşı iki ittiham da irəli sürülüb. Bunlar məxfi sənədlərin ələ keçirilməsi və porno ulduzuna susması müqabilində edilmiş ödənişin ört-basdır edilməsi üçün biznes qeydlərinin saxtalaşdırılması ittihamlarıdır.