Ən ağır heyvanın qalıqları tapıldı: 39 milyon il

Belçika Kral Təbiət Elmləri İnstitutu (RBINS) Peru sahillərində indiyə qədər yaşamış ən ağır heyvanın qalıqlarının tapıldığını açıqlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, tapıntı elm aləmində böyük səs-küyə səbəb olub.


 
RBINS-dən verilən yazılı açıqlamaya görə, aralarında belçikalı təbiətşünas Olivier Lambertin də olduğu qrup, yer üzündə yaşamış ən ağır heyvanın 39 milyon illik fosilləri ilə qarşılaşıb.

"Perucetus colossus" adlı balina növünə aid fosillərin tapılması ilə əvvəllər mavi balinaya aid olduğu düşünülən rekord qırılır.


 
Mavi balinanın çəkisi 100-190 tona çata bildiyi halda, fosili tapılan canlının  340 ton olduğu təxmin edilir.

Turan