Ermənistan Rusiyadakı səfirini dəyişir -  SƏBƏB

 Ermənistan  Rusiyadakı səfirini dəyişmək niyyətindədir. 

 Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı dəyişməyə hazırlaşır. " Sherg.az"ın verdiyi xəbərə görə ,  Etmənistanın  “Hraparak” qəzeti öz mənbələrinə istinadən bu barədə məqalə dərc edib .
 “Səfirin dəyişdirilməsi Ermənistanla Rusiya arasında münasibətlərin bərpası istiqamətində ilk addım olacaq .Rusiya tərəfi Ermənistanın Rusiyadakı səfirindən o qədər narazıdır ki, ilk növbədə səfirin dəyişdirilməsi məsələsi həll olunmalıdır” – deyə qəzet məqalı cap edib.
 Nəşrin məlumatına görə, parlamentdəki  “Mülki müqavilə”nin üzvü Qurgen Arsenyan səfir postuna namizəd ola bilər.  Nəşr yazır ki, Rusiyada səfirin dəyişdirilməsi məsələsi çoxdandır ki müzakirə olunur ,  lakin Ermənistanın baş naziri Nikol Paşinyanın etimad göstərəcəyi və Moskva üçün məqbul sayılan namizədin tapılmasında problemlər olub.

Turan