SON DƏQİQƏ : Gökçen Fırat Türkiyədə ilk qadın admiralı olub

Türkiyənin Dəniz Qüvvələri Komandanlığında bir ilk yaşanıb. Qərargah polkovniki Gökçen Fırat admiral rütbəsinə yüksələn ilk qadın olub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, qərar ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi ALi Hərbi Şuranın (YAŞ) iclası zamanı qəbul edilib.

Artım və təyinatlarla general və admiralların sayı 266-dan 286-ya yüksəlib.

Bununla da Gökçen Fırat Türkiyə Silahlı Qüvvələrinin ilk qadın admiralı olub.

Turan