Tamaşaçının başına çırpdığı mikrofon bu qiymətə satılır

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Las-Veqasdakı çıxışı zamanı Müğənni Kardi B mikrofonu tamaşaçının başına atmışdı.

Axşam.az xəbər verir ki, buna səbəb isə konsertə gələn şəxslərdən birinin kənardan onun üstünə içki tökməsi olmuşdu.

İndi isə sənətçinin tamaşaçıya atdığı mikrofon prodüser şirkətinin sahibi tərəfindən "eBay"də satışa çıxarılıb. İlkin təklif 500 dollardan başlayan avadanlığın hazırkı qiyməti 100.000 dollardır.

Qeyd edək ki, yenisi 1000 dollar olan mikrofondan əldə olunan gəlir isə xeyriyyə təşkilatlarına bağışlanacaq.