Turistlər 150 illik heykəli sındırıblar - 17 nəfər məhkəmədə  cavab verəcək

İtaliyada istirahət üçün tarixi villa kirayələyən alman turistlər şəkil çəkdirmək istəyərkən bağdakı 150 illik yaşı olan heykəli sındırıblar. Həmin anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Viggiu bölgəsində turistlər italyan rəssam Enriko Buttinin tarixi malikanəsindəki 150 illik heykəlini sındırıblar.

Heykəlin qırılma anları kamera ilə lentə alınıb. Kadrlarda turistlərdən ikisinin heykəllə poza vermək istədiyi, digərinin isə onları taxta çubuqla itələdiyi görünür.

İtalyan rəssam Enriko Buttiyə məxsus 200 min avroluq sənət əsərinin sındırılması anı kamera qeydlərinin araşdırılması ilə üzə çıxıb.

Otel kimi istifadə edilən tarixi malikanənin sahibi 17 nəfərlik turist qrupunu məhkəməyə verib.

Qeyd edək ki, İtaliyada bir İngilis turist də  iyun ayında Romadakı tarixi Kolizeyin divarına yazı yazdı.

Turan