Son xəbər: Rusiya hərbi gəmisi vuruldu

Rusiyanın Qara dəniz sahilindəki əsas limanı olan Novorossiyskdə gecə saatlarında silkələnən partlayışların nəticəsi səhər saatlarında ortaya çıxıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, videogörüntülər sübut edir ki, Rusiyanın "Oleneqorsk Qornyak" hərbi gəmisi vurulub.
 
Rusiya Müdafiə Nazirliyi isə rəsmi olaraq bildirib ki, yerli vaxtla səhər saat 06:46-da ukraynalılar iki pilotsuz dəniz maşını ilə Novorossiyskə hücum edib. Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus iki pilotsuz təyyarənin Rusiya hərbi dəniz bazasına hücum etməyə cəhd etdiyini bildirən nazirlik hücumun dəf edildiyini bildirib. Döyüş gəmilərinin açdığı atəş nəticəsində pilotsuz dəniz vasitələrinin vurulduğunu da bildirən Müdafiə Nazirliyi əlavə məlumat verməyib. Novorossiyskin tabe olduğu Krasnodar vilayət qubernatorluğu isə hücumlar nəticəsində xəsarət alan olmadığını bildirib.

Ortaya çıxan görüntülər Rusiyanın "Olenegorsk Qornyak" hərbi gəmisinin vurulduğunu göstərir. Ukrayna mətbuatı pilotsuz su gəmisinin Ropuça tipli desant gəmisinə yaxınlaşmasının videosunu yayıb.

Novorossiysk sahillərində "Oleneqorsk Qornyak"ın görüntüləri yayılıb. Ciddi zədələnmiş gəmi yan üstə görünür.

Turan