Türkiyə və Ukraynanın XİN rəhbərləri “Taxıl sazişi”ni müzakirə ediblər

Türkiyə və Ukraynanın xarici işlər nazirləri Hakan Fidan və Dmitri Kuleba arasında telefon danışığı olub.

“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, söhbət zamanı nazirlər “Taxıl sazişi”nin bərpası üçün atıla biləcək addımları müzakirə ediblər.