Müharibədə gözünü itirən ukraynalı qadın: Müqavimət simvoluna çevrilib

Rusiya-Ukrayna müharibəsində yaralanan, gözünü itirən və həkimlərin öləcəyini deyən ukraynalı model və teleaparıcı İrina Bilotserkovets əməliyyatlarından sonra məşhur “Playboy” jurnalı üçün pozalar verib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Kiyev meri Vitali Kliçkonun köməkçisinin həyat yoldaşı, ukraynalı model İrina Bilotserkovets keçən il müharibənin başlamasından iki gün sonra, fevralın 26-da baş verən hücumda yaralanıb. Münaqişənin mərkəzində olan model 3 övladı ilə avtomobili ilə evə qayıdarkən bir gözünü itirib.

Əməliyyatdan sonra "Playboy" jurnalının üz qabığında olan Bilotserkovets müsahibəsində başına gələnləri "Başımda inanılmaz bir ağrı hiss etdiyimi xatırlayıram" deyib və həkimlərin ona "Çox güman ki, öləcəksən" dediklərini söyləyib.


 
Bilotserkovets müalicə üçün Almaniyanın paytaxtı Berlinə gedib. O, Berlindəki xəstəxanada ağır rekonstruktiv əməliyyat keçirməli olub və o vaxtdan Ukraynada müqavimət simvoluna çevrilib.

Əməliyyat zamanı Bilotserkovets bir gözünü itirib və bədənində ciddi yaralar yaranıb.

Ukraynalı model başına gələnləri belə nəql  edib:


“Gözümü itirmişdim, hər tərəfimdən borular çıxmışdı. Hər tərəfimdə tikişlər və yaralar var idi. Mən Frankenşteynin canavarı kimi idim. Mənim də çənəm əzilmişdi”.

Bilotserkovets "Playboy"un "Qadınlar güclüdür" adlı xüsusi buraxılışının üz qabığında "müharibə zamanı yaralanan, lakin həyata inamını itirməyən ukraynalı qadınların dözümlülüyünü"deyə  vurğulayır.

Amerika jurnalı  onu yeni nəşrin “qəhrəmanı” kimi qələmə verib.

Bilotserkovets indi Ukrayna əsgərləri üçün tədbirlər təşkil etmək üzərində işləyir.

Turan