Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Gürcüstanın qərbindəki Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Sherg.az xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.

Bildirilib ki, həlak olanlardan dördünün meyiti bu gün tapılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən hərbçilər də axtarışlara qoşulublar. Ərazidə ümumilikdə təxminən 400 xilasedicinin fəaliyyət göstərildiyi bildirilib.

Xatırladaq ki, təbii fəlakətlə əlaqədar Gürcüstanda avqustun 7-si matəm günü elan edilib.