Hakan Fidan Ermənistanla normallaşma prosesindən danışıb

Yaxın Şərq və Cənubi Qafqazda normallaşma prosesi sürətlənib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fİdan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində çıxışı zamanı bildirib.
“Cənubi Qafqazda sabitlik, rifah və təhlükəsizliyin təminatı üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılma prosesinin paralel olaraq irəliləməsi vacibdir”, - o qeyd edib.