NATO Gürcüstana başsağlığı verib

NATO Gürcüstana Şovi kurortunda baş verən faciə ilə əlaqədar başsağlığı verib.

“Report” xəbər verir ki, bununla bağlı NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tvitterdə paylaşım edib.

“Şovidə baş vermiş faciəvi sürüşməyə görə dərin kədər hissi keçiririk. Gürcü tərəfdaşlarımıza başsağlığı veririk. Fikrimiz faciə qurbanları və onların yaxınları ilədir”, -o, əlavə edib.