Hicaba görə bazarda döyüldü

İranda məcburi hicab bəhanəsi ilə qadına fiziki zorakılıq edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər yayılıb.
Dezful şəhərində lentə alınan görüntülərə əsasən, məcburi hicabdan imtina edən xanım, hökumət muzdlusu olan qara çadralı və aqressiv görünüşlü qadının hücumuna məruz qalıb.
Bu görüntüləri sosial mediada paylaşan xanım yazıb:
"Bazarda dostumla gəzirdik, başımızda hicab yox idi. Bu qadın qarşımıza çıxan kimi dostuma hicabsız olduğuna görə şillə vurdu. Ətrafdakıların sözlərinə görə, o, bütün bazarı dolaşaraq gün boyu hicabsız xanımları təhqir edir və vururmuş. Biz ona heç nə etmədik, sadəcə hicabsız idik".