Ukraynada Rusiya agenti olan qadınlar tutuldu

Ukrayna Təhlükəsizlik Xidməti Donetsk vilayətində Rusiya Federal Təhlükəsizlik Xidmətinə işləyən qadınlardan ibarət agent şəbəkəsini ifşa edib.
Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, istintaqın məlumatına görə, qrup Rusiyanın təcavüzünü dəstəkləyən, eyni vaxtda FTB və "Vaqner"ə işləyən Pokrovsk rayonunun sakinlərindən ibarət olub.
Onlar regionda Müdafiə Qüvvələrinin hərbi texnikasının sayı və yerinin dəyişdirilməsi ilə bağlı məlumat toplayıb, döyüş təyyarələri, o cümlədən hücum helikopterlərinin uçuş istiqamətini müəyyən etməyə və “sızdırmağa” çalışıblar. Bunun üçün onlar ərazini gəzərək gizli şəkildə obyektlərin şəkilərini çəkiblər.
Ukrayana Təhlükəsizlik Xidməti qrupun 4 üzvündən 3-nü həbs edib. Qrupun digər üzvü isə Rusiyaya qaçıb.