Ukraynada kütləvi yerlərdə rus musiqisi səsləndirənlər cərimələnə bilər

Ukraynada kütləvi yerlərdə rus musiqisi səsləndirənlər cərimələnə bilər.

"Report" “UNİAN”a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Ali Radasına müvafiq qanun layihəsi daxil olub.

Belə ki, qanun layihəsində buna görə 5100 qrivnadan (135 dollar) 8500-ə (230 dollar) qədər cərimə tətbiqi nəzərdə tutulub. Qanun təsdiq olunarsa, ticarət müəssisələri, ictimai iaşə obyektləri və s. qurumlar cərimə ilə üzləşə bilərlər.