Nigerdə üsyançılar yeni hökuməti elan ediblər

Niger üsyançılarının lideri, Vətənin Xilası Milli Şurasının sədri Abdurahman Çiani yeni keçid hökumətinin yaradılması haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "ActuNiger" informasiya portalı məlumat yayıb.

Hökumətin tərkibinə 20 nazir - hərbçilər və mülki şəxslər daxildir.

Xatırladaq ki, Nigerdə üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin, partiyalara hər hansı siyasi fəaliyyət göstərməyi qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını və iyulun 28-də general Abdurahman Çianini Nigerin yeni lideri elan ediblər.