İrəvanda naməlum kişi sərnişin avtobusuna atəş açıb

Ermənistanın paytaxtı İrəvanda naməlum kişi sərnişin avtobusuna atəş açıb.

“Report” “MediaHub”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan polisinin mətbuat xidməti də təsdiqləyib.

Bildirilib ki, avtobusun yan pəncərələrinin şüşələri sınıb. Hadisənin başvermə şəraiti və səbəbi araşdırılır. Polis və müstəntiq araşdırma aparır.

Sürücünün telefonla polisə hadisə barəsində məlumat verdiyi iddia olunur.