Blinken: ABŞ heç bir halda İrana qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ Tehranın beş amerikalını azad etməsindən sonra da İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Meksikanın xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı bildirib.

“İcazə verin, vəziyyəti aydınlaşdırım. Heç bir şəraitdə və heç bir halda İrana qarşı sanksiyalar yüngülləşdirilməyəvək”, - deyə ABŞ rəsmisi bildirib.

Avqustun 10-da “The New York Times“ qəzeti ABŞ və İranın məhbus mübadiləsi ilə bağlı razılığa gəldiyini yazıb.