ECOWAS nümayəndə heyəti Nigerin devrilmiş prezidenti ilə görüşüb

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) nümayəndə heyətinin üzvləri Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumla görüşüblər.
"Report" xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
Məlumata görə, görüş Niameydə baş tutub.
Bazumla görüşdə nümayəndə heyətinə rəhbərlik edən Nigeriyanın keçmiş prezidenti, general Abdusalami Abubakar iştirak edib.
Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edilib və sərhədlər bağlanıb.