ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti amerikalıları dərhal Belarusu tərk etməyə çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Minskdəki səfirliyinin saytında dərc olunmuş press-relizdə deyilir.

Sənəddə bildirilir: "Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. ABŞ vətəndaşlarına Belarus vasitəsilə qurudan Polşaya daxil olmağa icazə verilmir".