Afrika Birliyi Nigerin təşkilatdakı fəaliyyətini dayandırıb

Afrika Birliyinin (AB) Sülh və Təhlükəsizlik Şurası Nigerin təşkilatdakı fəaliyyətini dayandırmaq qərarına gəlib.

Məlumata görə, qərar avqustun 22-dən qüvvəyə minir.

AB Sülh və Təhlükəsizlik Şurası Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) Nigerdə qarşıdurmanın ​​sülh yolu ilə nizamlanması səylərini dəstəklədiyini bəyan edib.

Eyni zamanda, təşkilatdan vurğulanıb ki, onlar Nigerə hərbi müdaxilə üçün ECOWAS qüvvələrindən istifadənin nəticələrini götür-qoy edirlər.

Mənbə: TASS