Məşhur rus general Surovikin vəzifəsindən kənarlaşdırıldı

General Sergey Surovikin Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırılıb.


Bakupost.az xəbər verir ki, bu barədə "Exo Moskvı" radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov telegram kanalında yazıb.


General “Vaqner” qrupunun qiyam cəhdindən sonra ictimaiyyət qarşısında görünməyib.


Məlumata görə, S.Surovikin Rusiya Müdafiə Nazirliyinin sərəncamında qalıb.