“Harold” qasırğası ABŞ-nin Padre adasına çatıb

“Harold” tropik qasırğası ABŞ-ın Texas ştatına çatıb.

“Report” xarici mediaya istinadən xəbər verir ki, qasırğanın səhər saatlarında Padre adasına çatdığı qeydə alınıb.

Təbii hadisənin gecə saatlarında Meksika körfəzindən Texasa doğru hərəkət etdiyi bildirilir.

Həmçinin, ölkədə qasırğanın yaratdığı neqativlərə qarşı ayıq-sayıq olmağa və qasırğanın yaratdığı küləyin sürətinin saatda təxminən 80 kilometrə çata biləcəyinə çağırış edilib.