Bu ölkədə NATO təlimləri başladı

“Agile Spirit-2023” çoxmillətli təlimi Gürcüstanda hava-desant komponenti ilə başlayıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Gürcüstan 11-ci dəfədir ki, “Agile Spirit-2023” təlimlərinə ev sahibliyi edir. Təlimlərin ilk nümayiş komponenti Vaziani hərbi aerodromunun ərazisində baş tutub”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ABŞ-nin Avropa Komandanlığının 173-cü Hava Desant Briqadasının şəxsi heyəti aerodromda eniş edib. ABŞ hərbçiləri Amerikanın “C-17” çoxməqsədli hərbi-nəqliyyat təyyarəsindən paraşütlə atılıblar.