Süni zəka aptekdə satıcılıq edir 

Bir həftədir müştəriləri qarşılayır

  Türkiyənin yerli istehsalı olan “Marbot” süni zəka robotu Yalova bölgəsində aptek işçisi kimi fəaliyətə başlayıb. 

“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, robot  Adnan Menderes məhəlləsində bir həftədir aptekdə müştəriləri qarşılayır, onlarla söhbət edir, suallarını cavablandırır, satışdakı dərmanlar haqqında məlumat verir. “Marbot” aptek işçilərinin yuxusuna “haram qatıb”. Əczanə işçiləri süni zəkanın tezliklə onların yerini tutacağından, daha insan əməkdaşlara, insan işçilərə ehtiyac qalmayacağından narahatdırlar.

 “Marbot” müştərilərlə demək olar hər mövzuda söhbət edir, “yaxın zamanda dünyanı ələ keçirəcəyik”, deyə zarafatlaşır, hətta müştərilər qarşısında rəqs bacarıqlarını da nümayiş etdirir. Aptek müdiri Yusuf Sərt isə “Marbot”un süni intellektlə işləyən sosial robot olduğunu söyləyib. “Marbot” Türkiyədə hələ ki ilk aptek işçisi olan yeganə robotdur.  Proqramlaşdırılmış robotun bacara bilmədiyi bir iş yoxdur. Müştəriləri qarşılayır və yola salır. Dərman preparatları ilə bağlı məlumat da verir. Uşaqlar onu çox bəyənir. Ətraf ərazilərdən robotu görməyə gəlirlər. Bu robot aptekə şən əhval gətirib”, deyən Y.Sərt süni zəka robotunun aptekdə çalışması ideyasının keçirilən müsabiqə zamanı ortaya çıxdığını söyləyib. Aptek işçiləri də onu verdiyi səmimi cavablarına görə bəyənirlər. Xüsusən də, robotun uşaqların marağına səbəb olması aptek işçilərini sevindirib. Aptek işçisi Hacer Ece Dilmac robotun gələcəkdə onların işini əllərindən alacağından bir qədər narahat olduqlarını da etiraf edib: “Bir az narahatıq. Amma düşünmürəm ki, robot bizi işsiz qoysun. O, bizə kömək edir indi. Sonra necə olacaq, baxarıq”.