Ana arını axtarırlar 

5 milyon arı ətrafa səpələnib

Kanadada 5 milyon arını daşıyan avtomobil karvanı qəzaya uğrayıb. Nəticədə arı yuvaları – pətəklər ətrafa səpələnib, arılar da pərən-pərən düşüb.

 “Sherg.az” “HaberTürk”ə istinadən xəbər verir ki, qəza Kanadanın Toronto şəhəri, Halton bölgəsində baş verib. Yerli polisin açıqlamasında bildirilir ki, polis əməkdaşları yoldan pətəkləri yığışdırmaqla məşğuldur. Yolda hərəkət edən avtomobillərə isə əraziyə yaxınlaşarkən avtomobilin pəncərələrini bağlı saxlamaq xəbərdarlığı edilir. Qəza baş verdikdən əraziyə xeyli sayda arıçı gəlib və pətəklərin yerbəyer edilməsinə yardım göstərməyə başlayıblar.

 Qərara gəlinib ki, arılar pətəklərə geri dönsün deyə, bir neçə pətək ərazidə saxlanılsın. Yerli əhalidən də pətəklərə yaxınlaşmamaq xahiş edilib. 

Arılar geri döndükdən sonra pətəklər daşınacaq. Bu arada arıçıların ən böyük problemi Ana arını tapmaqdır. Ana arını 5 milyon arı arasında tapmaq isə müşkül məsələdir. Arıçılar ümid edir ki, digər arılar pətəklərə dönərsə, Ana arı da geri qayıdacaq